Amerika səfirliyinin ADP-yə münasibəti dəyişib

"Görünür Birləşmiş Ştatların Azərbaycandakı səfirlyinin Azərbaycan Demokrat Partiyasına olan münasibəti dəyişib". Bu fikirləri "OLAYLAR"-a ADP sədri Sərdar Cəlaloğlu ötən gün Amerika səfirliyində bir qrup müxalifət lideri ilə keçirilən görüşə rəhbərlik etdiyi partiyanın dəvət edilməməsinə münasibət bildirərkən səsləndirib. Sərdar Cəlaloğlu deyib ki, ADP Azərbaycanın əsas aparıcı güclərindən biri olduğu halda onun bu cür görüşlərə dəvət edilməməsi başadüşülən deyil: Sərdar Cəlaloğlu ADP-nin səfirliyə hansısa irad bildirmək fikrində olmadığını da söyləyib: "Əgər onlar mənim rəyimi öyrənməyi məsləhət bilmirlərsə zorla məcbur etməyəcəm ki..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00