ADP sədri: “Azərbaycan cəmiyyətində Müsavatın hakimiyyətin əlaltısı olduğu fikri var”

Bir sıra müxalifət partiyalarının "Asiman" restoranında bir araya gəlməsi Müsavat Partiyası tərəfindən kəskin tənqid edilib. Partiyanın  Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Facebook səhifəsində bildirib ki, təmsil etdiyi partiya hakimiyyətin əlaltıları ilə vahid namizid məsələsini müzakirə etməyi məqbul saymır. Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "OLAYLAR"-a deyib ki, Azərbaycan cəmiyyətində Müsavat Partiyasının hakimiyyətin əlaltısı olduğu fikri var. Onun sözlərinə görə, bundan əvvəl Müsavat Partiyası iki dəfə parlamentə buraxılıb və təkrar seçkilərdə iştirak edib: "Hətta Vikiliks saytının yaydığı açıqlamalardan məlum oldu ki, İlham Əliyev Müsavat Partiyasının 2005-cim ildəki təkrar seçkilərə qatılmasından sevindiyini bildirib".  ADP sədri deyib ki, hakimiyyətin əlaltısı olması barədə  fikirlər daha çox Müsavat Partiyası və onun başqanı İsa Qəmbər haqqında deyilib: "Ola bilsin ki, onlar da bu ittihamları başqaları haqda deyirlər. Ancaq bu yapışan deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00