“Suriya süqut edəcək” - AÇIQLAMA

Zərdüşt Əlizadə: “Onlar istəsə dünyanı 5 dəqiqəyə məhv edərlər”

İngiltərə mətbuatı iddia edir ki, yaxın günlərdə ABŞ, Fransa və İngiltərə Suriya müxaliflərinə dəstək vermək üçün hərəkətə eçəcələr. Birliklərin müdaxiləsindən sonra regionda hadisələr hansı məcraya yönələcək? Politoloq Zərdüşt Əlizadə hesab edir ki, hadisələr Suriyanın süqutu ilə nəticələnəcək: "Təssəvür edin ki, dünyanın 3 ən güclü siyasi qüvvəyə malik olan dövləti hər hansı geridə qalmış ölkəyə silahlı müdaxilə edir. Bunu əvvəllcədən bilmək üçün ekstrasens olmağa ehtiyac yoxdur. Məlum məsələdir ki, həmin ölkə süqut edəcək. Bəşər Əsədin devrilməsi artıq zaman məsələsidir. ABŞ, İngiltərə, Fransa, NATO müttəfiqləri və Avropa İttifaqı Əsəd rejimin devirmək, Suriyanı ələ keçirmək qətiyyətindən geri dönməyəcəklər. Onları heç bir siyasi qüvvə saxlaya bilməyəcək. Onlar dünyanın ağasıdırlar və istədiklərini edirlər. Onları saxlayan odur ki, etdikləri işlərin qiyməti nədir? Əks halda bütün dünyanı 5 dəqiqəyə tutardılar" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00