Müxalifət seçkilərə bir, yaxud iki namizədlə getsin...
Mübariz Qurbanlı: “Onun tərəfdarlarının sayında artım olmayacaq”
12 Dekabr 2012 15:33 Siyasət"Kimliyindən asılı olmayaraq bu və ya digər seçkilərdə namizəd və namizədlər bizim rəqiblərimizdir". \"OLAYLAR"İA\ Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı müxalifətin vahid namizəd axtarışı məsələsinə münasibətini bildirərkən deyib: "Biz insanlara, seçkilərə qatılan namizəd və yaxud namizədlərə şəxsiyyətlərinə görə deyil, siyasi ideoloji mövqe və fikir ayrılıqlarına görə qiymət verir, onları özümüzə rəqib sayırıq. Müxalifətin, xüsusilə də, radikal müxalifətin 2013-cü il prezident seçkilərinə də bir və ya iki namizədlə getməsi bu düşərgənin sosial bazasının, elektoratının artmasına öz təsirini göstərməyəcək. Bu düşərgə seçkilərə istər bir, istərsə də iki namizədlə getsin. Onun tərəfdarlarının sayında artım olmayacaq. Çünki bu düşərgəni ancaq seçicilərin, əhalinin 1 və ya 2 faizi dəstəkləyir. Onların sosial bazası həddindən artıq zəifdir. Yəni seçkilərə neçə namizədlə qatılmalarından asılı olamayaraq bu düşərgənin elektoratında artım baş verməyəcək".