İrəvana sarsıdıcı ZƏRBƏ

 

Heç şübhəsiz ki, gündəmin əsas mövzusu Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində cinayət işi açılan məşhur bloger Aleksandr Lapşinin Bakıya təhvil verilməsi oldu. Hadisə Ermənistanda ciddi təşviş yaradıb. Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl Bab şəhərində İŞİD terror təşkilatına son zərbəni vurmağa yaxındır. ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətinin detalları məlum olub. Tramp prezident seçkisi kampaniyasında Moskvanı sevindirəcək vədlər versə də, deyəsən, onları yerinə yetirə bilməyəcək.

Aleksandr Lapşinin ekstradisiyası dünən Belarus Ali Məhkəməsinnin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşdi.

Hadisə Ermənistanda ciddi təşviş yaradıb. Erməni politoloq Stepan Safaryan parlament rəhbərliyini Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinə töhmət verməyə çağırıb. Safaryan hesab edir ki, AŞPA-da erməni nümayəndə heyəti Azərbaycan və Belarusun Lapşinlə bağlı addımının qarşısını ala bilməyib.

"İrs" partiyasının mətbuat katibi David Sanasaryan qeyd edib ki, Lapşindən sonra heç kəs Dağlıq Qarabağa baş çəkməyəcək.

 

"Azərbaycan bizi parça-parça etdi" - Lapşinin Bakıya verilməsi Ermənistanı qorxuya saldı

"Azərbaycan bizi parça-parça etdi"

 

Erməni siyasətçilər Belarusu ittiham etməklə yanaşı, rəsmi İrəvanı da uğursuz diplomatiyada günahlandırırlar. Onlar Lapşinin ekstradisiyasını "İlham Əliyevin növbəti zərbəsi" olaraq da qiymətləndirirlər.

Erməni deputat Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Belarusdakı səfirini geri çağırmalıdır. Hakim Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan isə Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatında fəaliyyətini dondurmaq məsələsini qaldırmaq təklifi ilə çıxış edib.
 

 

Bakıdan İrəvana öldürücü Lapşin ZƏRBƏSİ: ermənilər küçələrə axışır, Sarkisyan...

Ermənilər küçələrə axışır, Sarkisyan...

 

Belarusun İrəvandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyada iştirak edən Nikol Paşinyan səfirə aksiyanın təşkilatçıları tərəfindən hazırlanmış bəyanatı verməyə çalışıb. Bəyanatda səfirdən qısa müddətə Ermənistan ərazisini tərk etmək tələb edilib. Ancaq səfirliyin əməkdaşı səfirin iş yerində olmadığını və bəyanatı heç kəsin qəbul edə bilməyəcəyini deyib.

Moskva Rusiya Federasiyasının vətəndaşlığına malik olan bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ilə bağlı Minskin verdiyi qərardan məyusluğunu ifadə edib. Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, Minskin qərarı Rusiya və Belarus arasında ittifaq münasibətlərinin ruhuna uyğun deyil. Qeyd edilib ki, Rusiya vətəndaşının qanuni maraqlarının müdafiəsi və onun ailəsinə tezliklə qaytarılması məqsədilə bütün lazımlı ölçüləri qəbul etmək niyyətindədir.

İsrail xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Naxşon Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını şərh edərkən deyib ki, İsrail bloger Aleksandr Lapşinin taleyini diqqətlə izləyir. İsrail XİN-in nümayəndəsi qeyd edib ki, Lapşinin vəziyyəti ilə bağlı diplomatik kanallar vasitəsilə bütün tərəflərlə əlaqə saxlayırlar.

Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verərək bildirib ki, hadisəyə siyasi siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. "Ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılmalıdır", - açıqlamada deyilir.

Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun daha bir əsgəri ölüb.1979-ci il təvəllüdlü Qeham Henrixoviç Manukyan tərəflər arasında baş verən atışma zamanı həyatını itirib.

Atışma zamanı daha bir erməni əsgəri - 19 Koryun Kamo Kirakosyan yaralanıb.

Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin iki gün öncə Dağlıq Qarabağ və Azərbaycan haqqında söylədiyi fikirlər "Kremlin mesajı" olaraq dəyərləndirildi.

Lakin rusiyalı politoloq Sergey Markov belə düşünmür. Kremlə yaxınlığı ilə seçilən politoloq Jirinoviskinin Azərbaycana, o cümlədən heç bir postsovet ölkəsinə mesaj vermədiyini deyib. Onun sözlərinə görə, Jirinoviskinin belə deməsinin sirri seçkilərdir.
 

 

Jirinoviskinin "nə Qarabağ, nə də Azərbaycan olacaq" sözlərinin SİRRİ AÇILDI

Jirinoviskinin "nə Qarabağ, nə də Azərbaycan olacaq" sözlərinin SİRRİ

 

ABŞ prezidenti Donald Tramp prezident seçkisi kampaniyasında Moskvanı sevindirəcək vədlər versə də, deyəsən, onları yerinə yetirə bilməyəcək. Onun verdiyi vədlərdən biri də Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi ilə bağlı idi.

Amma ABŞ Konqresinin respublikaçılar və demokratlardan ibarət senatorlar qrupu Rusiya əleyhinə daha bir qanun layihəsini təklif etmək niyyətindədir. Qanun layihəsi Rusiya barəsində sanksiyaları ləğv etmək istəyəcəyi halda, prezident Donald Trampın qərarına veto qoymağa imkan verəcək. Sənədə əsasən, Ağ Ev Rusiya əleyhinə sanksiyaların ləğvinin səbəbləri haqqında ətraflı məruzə hazırlamalı olacaq. Konqres bundan sonra 120 gün ərzində sanksiyaların ləğvinə qarşı səs verə bilər.

Ötən gecə ABŞ prezidenti və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. 45 dəqiqəlik telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub.

Bu gün telefon danışığının bəzi detalları üzə çıxıb. Türkiyə KİV-inin yazdığına görə, Türkiyə prezidentinin həmkarından iki vacib istəyi olub. Ərdoğan həmkarından YPG-ə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücləri -red.) dəstək verilməməsini, Fəthullahçı Terror Təşkilatı (FETÖ) və PKK-ya qarşı birgə mübarizənin aparılmasını istəyib. Prezidentlər Əl Bab və Rakkada İŞİD terror təşkilatına qarşı birgə mübarizənin aparılması mövzusunda razılaşıblar.

"ABŞ prezidenti türk həmkarı Rəcəb Tayyip Ərdoğanı inandırıb ki, Fəthullah Gülənin Türkiyəyə verilməsi haqqında Ankaranın sorğusuna çox ciddi yanaşacaq". Bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın NTV telekanalının efirində deyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Maykl Pompeo sabah Türkiyəyə səfər edəcək. Bu, CİA-nın yeni direktorunun ilk xarici səfəri olacaq. Səfərin ABŞ və Türkiyə prezidentlərinin telefon söhbətindən dərhal sonra reallaşdırılması diqqət çəkir.

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl Bab şəhərində İŞİD terror təşkilatına son zərbəni vurmağa yaxındır."Bordo berelilər" Əl Babın ətrafındakı strateji təpələri ələ keçirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyri ilə keçirdiyi birgə mətbuat konfransında Əl Babdan sonrakı hədəfi açıqlayıb. "İŞİD üçün 3 strateji şəhər var. Bunlar Suriyanın Əl Bab və Rakka şəhərləri, İraqda isə Mosul şəhəridir. Əl Bab əməliyyatının tezliklə tamamlanması lazımdır. Bundan sonrakı hədəf Suriyada Rakka şəhəridir. Bu əməliyyatda xüsusi təyinatlılardan istifadə edə bilərik", - deyə Türkiyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Suriyanın Əl Bab şəhərində İŞİD Türkiyə əsgərlərinə hücum edib. Bu gün səhər saatlarında baş verən hücum nəticəsində 2 əsgər şəhid olub, 15 əsgər yaralanıb.

Suriya prezidenti Bəşər Əsəd silahlı müxalifətin nümayəndələri ilə əlaqələrə hazırdır. Bu haqda Rusiya Dövlət Dumasının üzvü Dmitri Sablin jurnalistlərə deyib. "Bugünkü görüşümüzün gedişatında prezident vurğulayıb ki, müxalifətin bütün nümayəndələri, həmçinin silahlı müxalifətlə əlaqələrə və güzəştlərə hazırdır", - deyə Bəşər Əsədlə danışıqların nəticəsinə görə Sablin bildirib.

Parlament üzvünün sözlərinə görə, prezident silahlı müxalifətin nümayəndələri ilə birbaşa danışıqların mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, Suriya üzrə Astana danışıqların son iclası fevralın 6-da keçirilib. Növbəti iclasın 15-16 fevral tarixlərində keçirilməsi planlaşdırılıb.

Ukraynanın Donetsk vilayətində "Givi" ləqəbli məşhur terrorçu, "Somali" taborunun başçısı Mixail Tolstıx öldürülüb. "Donetsk Xalq Respublikası"nın ("DXR") "Müdafiə Nazirliyi"ndən bildirilib ki, tabor rəhbəri "terror aktı" nəticəsində ölüb.

 

Ukrayna əsgərlərinin başını kəsən "Givi" ləqəbli polkovnik öldürüldü - VİDEO

"Givi" Donbas savaşının əsas iştirakçılarından biri idi.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31