Özbəkistan portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazı yerləşdirilib
Özbəkistanın ziyouz.uz portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özbək dilində məqalə yerləşdirilib.
8 Fevral 2017 13:04 SiyasətÖzbəkistanın ziyouz.uz portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özbək dilində məqalə yerləşdirilib.
Yazıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun fikirlərinə istinadla bildirilir ki, Ermənistanın xarici işlər nazirinin son açıqlamaları diplomatik etikadan kənardır və danışıqlar prosesinin mahiyyətini təhrif edir. Erməni nazirinin ziddiyyətli və təhqiramiz açıqlamaları ikrah doğurur.
Yazıda, həminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, Bildirilir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfdən işğal edilib. BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul edib. Sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Buna baxmayaraq Ermənistan hələ də öz ordusunu Azərbaycan torpaqlarından çıxarmır, bununla da dünya birliyinə meydan oxuyur. АZƏRTAC