Böyük müharibə BAŞLANIR: 4 il sonra hər şey FƏRQLİ OLACAQ
6 Fevral 2017 19:24 SiyasətABŞ prezidenti Donald Trampın verdiyi qərarlar 5 il sonra dünyanı tamamilə dəyişə bilər.
Publika.az xəbər verir ki, bir çox araşdırma mərkəzinin 2021-ci il üçün birgə hazırladığı ssenarilər yayılıb.
Müharibə
Regional münaqişələr böyük müharibələrə səbəb olacaq.
Ssenari 1: 2021-ci ildə dünya ölkələri arasında etibar tamamilə aradan qalxacaq. Qarşılıqlı ticarətin səviyyəsi düşəcək. Ölkələr yalnız özlərinə yetəcək qədər məhsul istehsal edəcək. İnfilasiya yüksək səviyyəyə qalxacaq.
Ssenari 2: ABŞ Meksikaya tətbiq etdiyi gömrük rüsumlarını Çin və Avropa İttifaqına da tətbiq edəcək. Beləliklə, ticarət müharibələri başlayacaq.
Ssenari 3: NATO, BMT, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu kimi təşkilatlar heç nəyə təsir edə bilməyəcək. Dünyada iqtisadi və siyasi hüquq daha pis vəziyyətə gələcək.