İran və Ermənistanın müdafiə nazirləri arasında Qarabağ danışıqları- ŞOK

İran və Ermənistanın müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

Bu barədə "Iran Daily" məlumat yayıb.

"Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər regionda sülh və sabitliyin qorunub-saxlanması üzrə səylərin mühümlüyünü, həmçinin münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar", - deyə məlumatda bildirilir.

Dünən axşam saatlarında Tehrana gələn Sarkisyan regionda gərginlik və böhranların aradan qaldırılmasında, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin nizamlanmasında İranın rolunu alqışlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31