Səudi şahzadəsi olandan sonra nə var ki?! - Təyyarədə şahinlər - FOTO
31 Yanvar 2017 10:31 SiyasətSəudiyyə Ərəbistanından Fransaya uçan sərnişin təyyarəsində çəkilmiş foto sosial şəbəkələrdə sürətlə yayılır. Səbəb təyyarənin salonunda 80 şahinin olmasıdır.
Milli.Az Reddit-ə istinadən bildirir ki, bu şahinlər təyyarədəki sərnişinlərdən birinə məxsusdur.
"Bu fotonu kapitanın dostu mənə yolladı. Baxanda heyrətləndim", - fotonu paylaşan şəxs yazıb.
Şahinlər Səudiyyə Ərəbistanı şahzadələrindən birinə məxsusdur.
Fars Körfəzi ölkələrində, bu ərəb monarxiyalarında şahinlər olduqca bahalı ov vasitəsidir.
Üstəlik, bir sıra yerli aviaşirkətlər sərnişinlərə təyyarədə şahin daşımağa icazə verirlər.
Məsələn, QATAR AİRWAYS" aviaşirkətinin sərnişinlərindən biri şahin daşımaq istərsə, 100 dollardan 800 dollaradək pul ödəməlidir. Məbləğ uçuş məsafəsindən asılıdır.
"Etihad" aviaşirkətində də analoji qaydalar var.