İşğalçıya qarşı hərbi təzyiq ən doğru yoldur

“Erməni saytlarından biri Ermənistanın cəbhə bölgəsindəki itkiləri ilə bağlı maraqlı statistika açıqlayıb. Deməli 2016-cı ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə itkilərinin sayı 166 nəfərdir. Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18 nəfəri isə könüllüdür.

"Erməni saytlarından biri Ermənistanın cəbhə bölgəsindəki itkiləri ilə bağlı maraqlı statistika açıqlayıb. Deməli 2016-cı ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə itkilərinin sayı 166 nəfərdir. Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18 nəfəri isə könüllüdür. 109 nəfər döyüşdə, 57 hərbçi isə qeyri döyüş şəraitində öldürülüb". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, həmin statistikanı yayan erməni saytı iki maraqlı müqayisə də aparıb: "Birincisi, 2015-ci ildə Ermənistanın itkiləri 76 nəfər idi, yəni özlərinin yazdığına görə itkiləri iki dəfə artıb. İkincisi, saytın yazdığına görə 1994-cü ildən bu yana ilk dəfədir Ermənistan cəbhə bölgəsində könüllülərini itirir. Əlbəttə, əslində Ermənistanın 2016-cı ildəki itkiləri bundan dəfələrlə çoxdur, gizlətməyə çalışırlar, tək elə aprel ayındakı döyüşlərdə yazdıqlarından ən azı 3-4 dəfə çox itki veriblər. Ancaq tutalım ki, erməni saytının yazdığı doğrudur, itkiləri elə yazılan kimidir. İqtisadiyyatı və əhalisi ilbəil kiçilən Ermənistan üçün 166 gəncini itirməsi faciədir. Çünki əhali artmır, olan-qalan gənclər isə ölkəni tərk etmək barədə düşünürlər. Aprel döyüşləri bu prosesi daha da sürətləndirib. Bu statistika bir daha ondan xəbər verir ki, işğalçıya qarşı hərbi təzyiq ən doğru yoldur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31