Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı
15 Yanvar 2017 10:32 SiyasətLiviya sahillərində göyərtəsində 110 miqrantın olduğu gəmi batıb, cəmi 4 nəfəri xilas etmək mümkün olub.
APA-nın verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bildirib.
Məlumata görə, insident Liviya sahilindən təxminən 50 km aralıda baş verib. İlkin məlumata görə, gəminin göyərtəsində 110 miqrant olub.
Dənizdə 8 miqrantın meyiti tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31