ABŞ Konqresi prezident seçkisinin nəticələrini təsdiqlədi
7 Yanvar 2017 09:52 SiyasətABŞ Konqresi 8 noyabr prezident seçkilərinin nəticələrini təsdiqləyib.
TASS xəbər verir ki, Respublikaçılar partiyasının namizədi Donald Tramp seçkilərin qalibi elan edilib.
Seçici kollegiyası üzvlərinin səsverməsi Senat və Nümayəndələr Palatasının birgə iclasında baş tutub. Donald Tramp 304, onun rəqibi Hilları Klinton isə 227 səs toplayıb.
Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31