Daha iki məşhur İstanbul terrorunun qurbanı oldu - fotola

Yeni il gecəsi 40 nəfərin həyatını itirdiyi İstanbulda baş verən "Reina" terrorunda iki hindistan vətəndaş da olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, terror zamanı həyatını itirənlərdən biri hindistanlı məşhur modelyer Khushi Shah olub. 27 yaşlı modelyer həmin günü yaşadığı Qucərat əyalətinin Vadodara şəhərindən iş üçün İstanbula gedib.

Terrorda həyatını itirən digər hindlinin isə Bollivudda prodüser və kinorejissor kimi fəaliyyət göstərən Abis Rizvi olduğu bildirilib. Onun həmin ərəfədə film üzərində işlədiyini qeyd olunur. 

Qeyd edək ki, Abis Rizvi Hindistanın Axtar Hassan adlı sabiq millət vəkilinin oğludur. 




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31