Güləni “imam” adlandıran jurnalist həbs olundu
29 Dekabr 2016 10:00 SiyasətTürkiyənin tanınmış jurnalisti və yazarı Ahmet Şık saxlanılıb.
Bu barədə Ahmet Şık özünün "twitter" hesabında məlumat verib.
Ahmet Şık "həbs olunuram, sosial şəbəkədə yazdığım statusuma görə məhkəməyə aparılacam" deyə qeyd edib.
Xatırladaq ki, Ahmet Şık 2011-ci il martın 6-da "Ergenekon" terror təşkilatına üzv olmaq ittihamı ilə həbs edilib. Həmin vaxtı Ahmet Şık Fətullah Gülənin Türkiyədəki tərəfdarlarının təşkilatlanmasından bəhs edən "İmamın ordusu" adlı kitab yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31