Ölkənin “qəhrəman”ına çevrilən deputat səlahiyyətlərindən məhrum edildi - VİDEO

Qalmaqallı videonun qəhrəmanı olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Muxtar Tinikeyev deputat səlahiyyətlərindən məhrum edilib. Parlament Muxtar Tinikeyevin deputat səlahiyyətlərinin vaxtından əvvəl dayandırması haqqında Mərkəzi Seçki Komissiyasının müraciətini dəstəkləyib. 

Qalmaqallı videonun qəhrəmanı olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Muxtar Tinikeyev deputat səlahiyyətlərindən məhrum edilib.

Parlament Muxtar Tinikeyevin deputat səlahiyyətlərinin vaxtından əvvəl dayandırması haqqında Mərkəzi Seçki Komissiyasının müraciətini dəstəkləyib. 

Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Muxtar Tinikeyevin Karakanda şəhəri məclisinin deputatı Nikolay Polevoqoya oxşar insanı döydüyünü göstərən görüntülər yayılıb. Muxtar Tinikeyev sonradan həmkarları və seçicilərindən üzr istəyib.  Bu barədə Publika.az "RİA-Novosti" agentliyinə istinadən məlumat verib.

Ömər Dağlı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31