ŞOK: Rus səfirin öldürülməsi bu filmdə sınaqdan keçirilib - VİDEO

FETÖ-ya bağlı Samanyolu TV-də bir müddət öncə yayımlanan bir serial bölümündə səfirin öldürülməsi kadrları verilib.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, rusiyalı səfirin qətlinin daha öncədən məhz bir serial bölümündə sınaqdan keçirildiyi iddia edilir. Belə ki, Samanyolu TV-də yayımlanan filmdəki kadrlar Rusiyanın Ankara səfiri Andrey Karlovun öldürülməsi səhnəs ilə bənzərlik təşkil edir.

Qeyd edək ki, Andrey Karlov dekabrın 19-də sui-qəsd nəticəsində öldürülüb.

Xatırladaq ki, 15 iyul qiyam cəhdindən sonra FETÖ-ya bağlı media qurumları, o cümlədən Samanyolu TV qapadılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31