Jurnalistlər Astan Şahverdiyevi “Milli Məclisin “otxodu” adlandırdılar
26 Dekabr 2016 14:39 SiyasətMilli Məclisin deputatı Astan Şahverdiyevin mətbuata açıqlamasında Rusiyada işləyən azərbaycanlıları "otxod" adlandırması ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı qarşılanmayıb. Artıq sosial şəbəkələrdə insanlar deputatın fikrinə tənqidi mövqelər sərgiləyiblər. Milli Məclisin intizam Komissiyasının sədri Ağacan Əbiyevin ardınca jurnalistlər də deputatın açıqlamasını pisləyiblər. Belə ki, jurnalistlər deputatı "Milli Məclisin" otxodu adlandırıblar. Buna əsas kimi onun parlamentdə təmsil olunduğu müddətdə özünü passiv deputat kimi göstərməsi, müzakirə olunan məsələlər ətrafında fikir söyləməməsi göstərilib.
Xatırladaq ki, deputat Astan Şahverdiyev mətbuata açılamasında Rusiyada işləyən azərbaycanlıları "otxod" adlandırıb: "...onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da... Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır".