Prezident İlham Əliyev Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini pisləyib
20 Dekabr 2016 10:11 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Başsağlığında deyilir
"Hörmətli Vladimir Vladimiroviç,
Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.
Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31