Rusiyalı deputat: “Terrorçular Ankara ilə Moskvanı küsdürə bilməyəcəklər”
19 Dekabr 2016 22:59 SiyasətTürkiyədə səfir Andrey Karlovun qətli Ankara ilə Moskvanı qarşı-qarşıya qoymağa yönəldilmiş təxribatdır.
Virtualaz.org "Rossiya24" telekanalına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin başçısı Leonid Slutski deyib.
"Bu, Ankara ilə Moskvanı qarşı-qarşıya qoymağa hesablanmış təxribatdır", - deyən Slutski qeyd edib ki. terrorçular Türkiyə ilə Rusiyanı küsdürə bilməyəcəklər. Həmçinin rusiyalı deputat səfirin qətli ilə bağlı ədalətli istintaq işinin aparılacağına ümid etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31