Sabiq kəşfiyyat rəisi: "Səfirə hücumda məqsəd Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaqdır"

Rusiyanın Türkiyədəki səfirinə hücumda məqsəd Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaqdır.

Bunu Trend-ə eksklüziv açıqlamasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat bölməsinin sabiq rəisi, ehtiyatda olan general-polkovnik İsmayıl Hakkı Pekin deyib.

Onun sözlərinə görə, bu sui-qəsd heç bir halda Hələbdəki vəziyyətlə əlaqəli ola bilməz:

"Bu işdə Türkiyə və Rusiyanın dostluğunu istəməyən qüvvələrin əli var".

İ.H.Pekin hesab edir ki, səfirə hücum iki ölkənin münasibətlərində yenidən böhran yaratmağa hesablanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31