Prezident Heydər Əliyevin məzarını ziyarət etdi
12 Dekabr 2016 10:19 SiyasətHeydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri Fəxri Xiyabanda onun Dövlət başçısı məzarın önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra prezident İlham Əliyev akademik Zərifə Əliyevanın, eləcə də görkəmli dövlət xadim Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib.Məzarların önünə əklillər, gül dəstələri qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31