Lukaşenko: "Azərbaycanla neft sahəsində uzunmüddətli əməkdaşlığa hazırıq"
"Belarus Azərbaycanla neft sahəsində uzunmüddətli perspektiv üçün əməkdaşlıq etməyə hazırdır".
28 Noyabr 2016 18:51 Siyasət"Belarus Azərbaycanla neft sahəsində uzunmüddətli perspektiv üçün əməkdaşlıq etməyə hazırdır".
APA-nın "Belta"ya istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanda səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşü zamanı deyib.
"Əgər sizin Avropa bazarında, eləcə də başqa bazarlarda marağınız varsa, gəlin, oturaq danışaq. Biz Azərbaycanın maraqları tələb etdiyi qədər irəli getməyə hazırıq", - deyə Belarus prezidenti bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31