Lukaşenko: "Azərbaycan hər zaman ən yaxın dostu kimi Belarusa arxalana bilər"

"Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər". APA-nın “Belta”ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşdə deyib.

"Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər".

APA-nın "Belta"ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşdə deyib.

Onun sözlərinə görə, Belarus hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək: "Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərinin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31