Almazbek Atambayev Azərbaycan prezidentinə təbrik məktubu göndərib
Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
18 Oktyabr 2016 18:37 SiyasətQırğız Respublikasının prezidenti Almazbek Atambayev Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qırğızıstan qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə böyük önəm verir.
Əminəm ki, Qırğızıstan-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".
Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski də Azərbaycan prezidentinə təbrik məktubu ünvanlayıb.