Prezident İlham Əliyev: “Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır”

“Azərbaycanın enerji siyasəti dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatı yaradıb genişləndiririk”.

"Azərbaycanın enerji siyasəti dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatı yaradıb genişləndiririk".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı da ciddi addımlar atılır: "Yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətli olacaq".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır: "Xoşagəlməz hallarla ciddi mübarizə gedir. Bu sahədə görülən tədbirlər ciddi nəticələr verir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır: "Bütün layihələrimiz əməkdaşlığa hesablanıb. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarını təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı mühüm əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31