Həmsədrlər Ermənistana təzyiq göstərməlidir

ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də bu qrupun həmsədr ölkələrinin Dağlıq Qarabağ probleminin həlli məsələsində nümayiş etdirdiyi passivlik, bir sıra hallarda isə ermənilərin maraqlarına xidmət edən açıqlamaların verilməsi Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olur.

Rövşən Məmmədli: "23 ildir görünən odur ki,onların məqsədi heç də sülh əldə etmək deyil"

ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də bu qrupun həmsədr ölkələrinin Dağlıq Qarabağ probleminin həlli məsələsində nümayiş etdirdiyi passivlik, bir sıra hallarda isə ermənilərin maraqlarına xidmət edən açıqlamaların verilməsi Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olur. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı bu məsələyə toxunaraq öz mövqeyini bildirmişdi. Ölkənin ictimai-siyasi təşkilatlarının rəhbərləri, ekspertlər də haqlı olaraq Minsk qrupunun fəaliyyətini kəskin tənqid edərək vasitəçiləri erməni maraqlarına xidmət etməkdə günahlandırırlar.

Müstəqil ekspert Rövşən Məmmədli deyior ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri faktlar qarşısında qaldıqlarından öz gizlin sifətlərini, elə özləri üzə çıxarırlar. Aydın olur ki, həmsədr ölkələr, xüsusilə Amerika və Rusiya Qarabağ məsələsini həll etmək niyyətində deyillər, əksinə mövcud vəziyyəti qoruyub saxlamaq üçün bütün gücləri ilə çalışırlar: "Bu günlərdə isə Pusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, biz Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həllinə dair böyük optimizm içərisindəyik. Bununla belə işi israrla İrəvan və Bakı ilə davam etdiririk. Məlumat üçün qeyd edim ki, bundan əvvəl isə ABŞ dölət katibi Qarabağ problemi ilə bağlı cəmiyyətimizi narahat edən fikirlər səsləndirmişdi.  Bu hər iki şəxs ölkələrinin mövqelərini səsləndirən şəxslərdilər. Deməli hər iki ölkənin prezidentləri də belə düşünürlər. Beləliklə hər iki dövlət Qarabağ münaqişəsini sülh yolu ilə həll etməkdən yaxalarını əsassız bəhanələrlə kənara çəkirlər. Bildiyimiz kimi 2-3 gün öncə ölkəmizin Prezidenti cənab İlham Əliyev xalqa açıqlama verərək bildirdi ki ."Qarabağın müstəqilliyinin tanınması ilə bağlı "bağlı qapılar arxasında ona güclü təzyiqlər edilir""...Prezidentimiz bu təzyiqlərə baxmayaraq Qarabağın müstəqilliyinin tanınmasına yol verməyəcəyini qətiyyətlə bildirdi". Ekspert bildirib ki, bu münaqişənin kökündə Ermənistanın Azərbaycanın ərazilərini, o cümlədən Dağlıq Qarabağı işğal etməsini nəzərə alsaq, onda təzyiq Azərbaycanın liderinə yox,  Ermənistanın liderinə edilməlidir: "Ancaq bu münaqişəni beynəlxalq hüquq normalarına uyğun tənzimləmək fikrindən çox uzaq olan bu iki dövlət təziyiqi Sərkisyana etmək əvəzinə İlham Əliyevə edirlər. Bununla da onlar öz iç üzlərini açırlar. Şübhəsiz burada Amerika ermənipərəst mövqeyini aşkarlayır. Rusiya isə ermənilərdən istifadə edib Qafqazı, ümumiyyətlə Yaxın Şərqi nəzarətində saxlamaq məqsədlərini güdür. Ermənistanda bu oyunu oynamaq üçün onların əli ilə Qarabağı da Azərbaycandan "qoparmaq" istəyir. Həmçinin bu iki "nəhəng" dövlət Azərbaycanın ərazilərini erməni işğalında saxlamaqla Azərbaycana təzyiq edib ona istədikləri kimi öz maraqlarını diktə edirlər. Azərbaycanın sərvətlərini xammal şəkilində suyu qiymətinə daşıyırlar". Rövşən Məmmədli deyib ki,  Rusiya bu ilin aprel ayının əvvəlində cəbhə bölgəsində baş verən hadisələrdən sonra üzərinə bu münaqişəni tezliklə həll etmək kimi bir öhdəlik götürmüş, ən azından buna söz vermişdi: "İndi bu "sözə əməl etmək" tələb olunduğundan yaxasını kənara çəkir. Nə Rusiya, nə də Amerika Qarabağ məsələsinin ədalətli həll olunması üçün İrəvana heç bir təzyiq göstərmir, əksinə onu bu işğalı davam etdirməyə həvəsləndirirlər. Bu məqsədlə də münaqişəni müharibə yolu ilə qətiyyən həll etmək olmaz şəkilində tez-tez bəyanatlar verməklə ermənilərə Azərbaycandan qorxmamaq işarəsini verirlər. Məlumdur ki, Minsk qrupunun bu iki dövləti Qarabağ münaqişəsini beynəlxalq hüquq çərcivəsində sülh yolu ilə həll etməyə yardım etmək missiyasını üzərlərinə götürüblər. Ancaq elə 23 ildir görünən odur ki,onların məqsədi heç də sülh əldə etmək deyildir. Onların məqsədi Azərbaycanı Ermənistanın əli ilə basqıda saxlayıb, əl qolunu bağlamaq, sərvətlərini istədikləri kimi talamaq, bu ölkəni özlərindən asılı salaraq, bir növ "buyruq qulu" etməkdir. Aydın olan odur ki, ABŞ və Rusiya digər məsələlərdə bir-birinə qarşı olsa da, ancaq Qarabağın Ermənistanın işğalında qalmasında və Azərbaycan tərəfinə təzyiqlər göstərməklə bu ərazilərin Ermənistana güzəşt edilməyə nail olunmasında birdilər. Şübhəsiz burada müsəlman faktoru və xristian təssübkeşliyi də var. Xalqımız bilməlidir ki, Qarabağın itirilməsi Azərbaycanın itirilməsinin başlanğıcı olacaq. .Azərbaycanın itirlməsi isə bizim bir millət kimi yox olmağımız deməkdir. Əgər yox olmaq istəmiriksə bir an itirmədən Qarabağ uğrunda dünyanı heyrətə salacaq bir mübarizəyə qalxmalıyıq. Əgər qalxsaq tez bir zamanda qələbə bizim olacaq. Əksinə, qalxmayıb nəyəsə "ümid" etsək, onda Dədə Qorquda deməliyik ki,  gorumuzu qazsın". Ekspert əmin olduğunu bildirib ki, bu dəfə cəbhə xəttində hərbi əməliyyatlar başlasa, Azərbaycan qısa müddətdə işöal altında olan bütün əraziləri azad edərək ərazi bütövlüyünü tam təmin edəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31