Rusiya Ermənistanın təxribatına göz yuma bilməz
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda sammiti keçirilən gün Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında ağır artilleriyanı da cəlb etməklə hərbi təlimlərə başlaması təxribatdır”.
14 Oktyabr 2016 11:56 Siyasət"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda sammiti keçirilən gün Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında ağır artilleriyanı da cəlb etməklə hərbi təlimlərə başlaması təxribatdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, bildirib ki, bu KTMT üzvlərini öz işğalçı siyasətinə şərik etmək,onları fakt qarşısında qoymaqdır: "KTMT üzvləri buna öz reaksiyalarını bildirməlidirlər. Özəlliklə də Rusiya. Həm bu qurumun lideri, həm də Minsk qrupunun həmsədri olaraq Rusiya Ermənistanın təxribatına göz yuma bilməz. Yumursa, demək, Azərbaycan torpaqlarının işğalında şərikliyi öz üzərinə götürür və Dağlıq Qarabağ probleminə yanaşmada yeritdikləri siyasətinin ötən əsrin 90-cı illərində necə vardısa elə də qaldığını sərgiləmiş olur".