Səfir: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rol oynaya bilər”

"ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi rol oynaya bilər". "Aysor.am" saytının verdiyi xəbərə görə, bunu Almaniya Federativ Respublikasının Ermənistandakı səfiri Matias Kisler deyib. O xatırladıb ki, Almaniya ilin sonuna qədər ATƏT-ə sədrlik edəcək, ona görə də münaqişənin nizamlanmasında xüsusi və vacib rol oynaya bilər. Səfir qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Frank Valter Ştaynmayer şəxsən münaqişənin həllində maraqlıdır: "O, problemin həlli istiqamətində fəaliyyət göstərməyə hazırdır və bunun üçün əlindən gələni edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31