Novak: "TAP reallaşdığı halda belə, Yunanıstan və İtaliyanın Rusiya qazına ehtiyacı var"

"TAP layihəsi Cənubi Avropaya nəql olunan Rusiya qazı ilə rəqabət apara bilməz". "APA-Economics" "Rossiyskaya qazeta" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. "TAP-la Avropaya nəql olunacaq qazın həcmi o qədər böyük deyil. Hazırda söhbət 10 milyard kubmetr qazdan gedir, özü də bu həcm Avropaya 2019-cu ildə çatacaq. Buna görə, avropalı istehlakçılara daha böyük həcmdə qaz lazımdır", - deyə nazir qeyd edib. A. Novak qeyd edib ki, TAP layihəsi reallaşdığı halda belə, Yunanıstan və İtaliyanın Rusiya qazına ehtiyacı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31