Türkiyənin yeni Baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək. Bu barədə Türkiyənin Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetindən verilən məlumata görə, səfər iyunun 1-də baş tutacaq. B.Yıldırım Azərbaycana səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Bu səfər B.Yıldırımın Baş nazir qismində ilk xarici səfəridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31