Siyavuş Novruzov: “Amnistiya aktları indiyə qədər 110 min insanı əhatə edir”

"Heydər Əliyev Fondu yarandığı gündən humanizm prinsipini əsas tutur. Hər il çoxlu sayda insanlar Heydər Əliyev Fonduna üz tutur, ondan kömək istəyir". Bunu deyən YAP icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzovun sözlərinə görə, Mehriban Əliyeva fonda üz tutan minlərlə insane dəstəkçi olur, onların səhiyyə və digər problemlərini həll edir, açıq ürək əməliyyatlarına dəstək verir. Fond həmçinin sel daşğınları, təbii fəlakətlər zamanı da insanlara ciddi dəstək olur. Novruzov qeyd edib ki, indi müzakirəyə çıxarılan Amnistiya Aktının qəbulu 28 May Respublika Günü ilə bağlıdır: "Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atrubutları ilk dəfə Naxçıvanda qaldırılıb. Qeyd etmək istərdim ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan müstəqillik əldə etməsinə baxmayaraq Amnisitya Aktının verilməsi təcrübəsi ümummilli liderin hakimiyyətə gəlişindən sonra tətbiq edilib. Məhz onun vaxtında ölüm hokum ləğv edilmişdi. Baxmayaraq ki, ondan əvvəl 1 il hakimiyyətdə olanlar 7 nəfərin güllələnməsinə qərar vermişdi, bir amnistiya aktı belə qəbul etməmişdi". Novruzov qeyd edib ki, apardığı kiçik hesablamaya əsasən deyə bilər ki, Heydər Əliyev iqtidarda gələndən bu yana amnistiya aktı 110 min insana şamil edilib: "Bunun 40 mini Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən akta düşüb. Hesab edirəm ki, bu gözəl təşəbbüsdür. Təklif edirəm ki, müzakirələri yekunlaşdıraq ki, müvafiq orqanlar dah tez bu qərarın icrasına cəlb edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31