ABŞ paytaxtının meri 28 mayı Azərbaycanın Milli Günü elan edib
20 May 2016 12:49 SiyasətAzərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən Vaşinqtonda Respublika Günü və eləcə də qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə təntənəli ziyafət təşkil edilmişdir. ABŞ paytaxtının ən mötəbər tarixi binalarından biri olan "EndryuMelonAuditorium"da (AndrewMellonAuditorium) baş tutmuş ziyafətə ABŞ Administrasiyasının məsul rəsmiləri, ABŞ hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı nümayəndələri, diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri və nəhayət, azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri daxil olmaqla minəyaxın qonaq qatılmışdır.
Çıxışların ardınca natiqlər və tədbirə qatılmış yüksək rütbəli iştirakçıların müşayiətində qonaqlar öz qədəhlərini Azərbaycan-ABŞ dostluğunun uğuruna qaldırmışlar.
Ziyafətin mədəni hissəsində qonaqlara Vaşinqtonda fəaliyyət göstərən "Silk RoadDanceCompany" rəqs qrupu tərəfindən milli rəqslərimiz nümayiş etdirilmiş və eləcə də onlara rəngarəng musiqi proqramı təqdim edilmişdir. Tədbir iştirakçılarına Azərbaycan mətbəxinin ləziz yeməklərinin də daxil olduğu geniş süfrə açılmışdır.