Rusiyadan Qarabağda sülhməramlı BƏYANATI

"Qarabağ münaqişəsi ilə bağlı razılıq əldə edilən zaman ilkin mərhələdə sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi mümkündür. Bu məsələdə hadisələri qabaqlamağa ehtiyac yoxdur, onu aktuallıq səviyyəsinə uyğun olaraq müzakirə etmək lazımdır". Anspress bildirir ki, bunu Moskvada erməni jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Aleksey Pavlovski erməni jurnalistlərə açıqlamasında deyib. A. Pavlovski həmçinin qeyd edib ki, sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsi Madrid prinsiplərindən başlayaraq danışıqlar masası üzərində olan nizamlanma sxemlərində yer alıb. "Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmaması haqqında fundamental ideyanın dəstəklənməsi ən əsas məsələdir. Bu ideya bəzən ritorik, bəzən isə təcrübədə şübhə altına alınır. Rusiya və digər həmsədr ölkələr birmənalı olaraq kağız üzərində öz mövqeyini təsdiqləməlidir ki, 1994-1995-ci illərdə əldə olunan razılaşmalar atəşkəs və sülh prosesinin davam etdirilməsi üçün fundament olaraq qalır". Dağlıq Qarabağ separatçılarının tərəf kimi danışıqlar prosesinə qayıtması məsələsinə toxunan rusiyalı diplomat Ermənistanın "DQR"in danışıqlar prosesində tərəf kimi təmsilçiliyi haqqında rəsmi bəyanat vermədiyinin vurğulayıb. "Heç kim rəsmən bu cür təklif irəli sürməyib", - deyə o qeyd edib. Bu gün jurnalistlərə açıqlama verə Pavlovski həmçinin bildirib ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşdır, Ermənistan isə Rusiyanın hərbi müttəfiqidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31