Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar
20 May 2016 11:32 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Monitorinq və Siyasi işlər komitələrinin iclaslarında iştirak etmək üçün mayın 22-dən 25-dək Parisdə səfərdə olacaqlar. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, iclaslarda Türkiyədə demokratik institutların fəaliyyəti ilə bağlı danışıqlar, Azərbaycana və Gürcüstana fakt-araşdırıcı səfərlərin yekunları, Terror təhlükəsi və demokratik perspektivlər arasında Liviyanın gələcəyi, Ukraynada böhranın siyasi nəticələri, Belorusda vəziyyət və digər mövzularda müzakirələr aparılacaqdır. Deputatlar iclaslarda çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.