Mədən Sənayesində Şəffaflıq Təşkilatında qeyri-şəffaflıq
Qurumu siyasiləşdirməkdə məqsəd nədir?
19 May 2016 18:28 SiyasətFəaliyyət istiqamətləri, prinsip və məqsədlərinin şəffaflıq olduğunu iddia edənlərin gerçək fəaliyyətlərinin qeyri-şəffaf olduğu tədricən üzə çıxır. Söhbət Mədən Sənayesində Şəffaflığın Artırlması Koalisiyasından gedir. Belə ki, koalisiyada yaranmış gərginlik hər ötən gün daha da özünün pik nöqtəsinə qədəm qoyur. Koalisiyanın Ümumı Yığıncağından sonra qurum daxilində baş qaldırmış ziddiyətlər bəzi qaranlıq məqamların üzə çıxmasına yardımçı olur. Daha dəqiq desək Koalisyanın Ümumi Yığıncağında yeni formalaşdırılmış İdarəedici orqanın tam siyasiləşməsi onun şəffaflıq və obyektivliyini tamamilə şübhə altına alıb. Yeni formalaşmış idarəedici orqanın Əli Kərimlinin rəhbərlik etdiyi AXCP və Milli Şura adlı quruma yaxın şəxslərin nəzarətinə keçməsi koalisiyada haqlı narazılıq yaradıb. Məlumat üçün qeyd edək ki,Milli Şura adlanan qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev də daxl olmaqla siyasi marağı olan 6 nəfər şəxs Koalisiya Şurasının tərkibində yer alıb. Belə bir nəticənin baş verməsində isə birmənalı olaraq Qubad İbadoğlu ittiham edilir. Koalisiya üzvləri iddia edirlər ki, Qubad İbadoğlu AXCP təmsilçilərilə danışıqlara gedərək Koalisiya Şurasının siyasiləşməsində böyük rol oynayıb. Hətta onun Ümumi Yığıncaqdan əvvəl AXCP sədri Əli Kərimli ilə görüşdüyünü iddia edənlər də var. Hələlik Qubad İbadoğlu ilə Əli Kərimlini MSŞT Koalisiyası ilə bağlı hansı ümumi maraqlar birləşdirdiyini konkret söyləmək çətindir. Yalnız kənar müşahidələr və Koalisiya üzvlərinin dediklərinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, Qubad İbadoğlu MSŞT Koalisiyasının budəfəki Ümumi Yığıncağına Əli Kərimlinin adamları ilə bir komandada gedib və bu "ittifaq" nəticəsində Şurada həlledici səs sayını təmin etmək mümkün olub. Bəs görəsən keçmiş müttəfiqləri MSŞT-də birləşdirən əsas "dəyər" nədir? Bunun cavabı isə çox qısadır. Əlbəttə ki, maliyyə mənbəyi. Belə ki, Dünya Bankının Mədən Sənayesində Şəffaflıq Təşkilatı Koalisiyasına böyük məbləğdə vəsait ayırmağa hazırlaşdığı bildirilir. Hazırkı vəziyyətdə maliyyə sıxıntısı keçirən Əli Kərimli Dünya Bankının ayıracağı vəsaiti mənimsəməyi qarşıya məqsəd qoyub. Elə koalisiyanın İdarəedici Orqanının yeni tərkibinə Əli Kərimliyə yaxın şəxslərin seçilməsi də buna hesablanıb. Bu ittifaqdan Qubad İbadoğlunun qazanbcına gəlincə isə, sözügedən şəxs MSŞT-yə daxil olacaq maliyyə vəsaitini bir neçə hissəyə bölmək, daha dəqiq desək layihələr həyata keçirmək əvəzinə, Əli Kərimli ilə birlikdə həmin vəsaiti mənimsəməyi daha məqbul sayıb. Digər tərəfdən Idaredici Orqanda siyasilərin, daha dəqiq desək Azərbaycanın milli maraqlarına zidd fəaliyyətləri ilə seçilən şəxslərin (Əli Kərimli tərəfdarlarının) təmsil olunması beynəlxalq təşkilatlara Azərbaycanla bağlı daha çox donosların ötürülməsinə səbəb ola bilər. Bu isə köhnə müttəfiqlər üçün yeni maliyyə qaynaqları deməkdir. Yəni Azərbaycanın imicinə zərbə vurmağı hədəfləyən nə qədər çox donoslar beynəlxalq təşkilatlara, ölkəmizə qarşı haqsız mövqedən çıxış edən qurumlara ötürülsə, müttəfiqlər o qədər də çox qazanc əldə edə biləcəklər.
Hələlik təşkilat daxilində hadisələrin bundan sonra necə cərəyan edəcəyi bir qədər qaranlıqdır. Ortada olan aşkar mənzərə isə ondan ibarətdir ki, Əli Kərimli və onun dəstəkverici şəbəkəsi yeni maliyyə imkanları axtarışındadır.
S.İsmayılbəyli