Macarıstanın sabiq dövlət müşaviri: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vyana görüşü çox əhəmiyyətlidir

"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vyana görüşü çox əhəmiyyətlidir. Azərbaycan və Ermənistan prezidentləri nəhayət ki, danışıqlar masası arxasına oturdular. Ən əsası, zorakılıq və hərbi toqquşmadan qaçmaqdır".

Bunu Trend-ə 2003-2010-cu illərdə Macarıstanın 3 Baş nazirinin xarici siyasət üzrə baş müşaviri olmuş Levente Kozma deyib.

Onun sözlərinə görə, status-kvonu dəyişmək lazımdır, çünki indiki vəziyyətin qorunması gələcəkdə yeni toqquşmalara səbəb ola bilər: "Prezidentlərin daha bir görüşü lazımdır. Aİ, ABŞ, Rusiya regionda BMT-nin qətnamələrinə hörmət və qarşılıqlı anlaşmaya əsaslanmış möhkəm və davamlı sülhün qurulmasında rol oynamalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31