Əhməd Davudoğlu: "Türkiyə Azərbaycanla çiyin-çiyinə durmaqda davam edəcək"

"Dağlıq Qarabağdakı təmas xəttində Ermənistanın hücumu ilə başlayan qarşıdurmanı yaxından izləyirik".  "Sabah" qəzetinin verdiyi məlumata görə, bu sözləri Türkiyə baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) həftəlik qrup toplantısında çıxışı zamanı deyib. O, partiya adından bu hücumların pislədiyini bildirib: "Həyatını itirən Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm. Türkiyə Ermənistan hücumlarına qarşı can Azərbaycanla çiyin-çiyinə durmaqda davam edəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31