Müdafiə Nazirliyi: Ermənistan KİV-lərinin yaydığı məlumatlar real vəziyyəti əks etdirmir
5 Aprel 2016 13:34 SiyasətErmənistan kütləvi informasiya vasitələrində cəbhəboyu zonada baş verən hadisələrlə bağlı bir-birinin ardınca yalan məlumatlar yayılmaqda davam edir.
Bununla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisələr haqqında mütəmadi olaraq nazirliyin rəsmi internet səhifəsində məlumatlar yerləşdirilir: "Ermənistan KİV-lərinin yaydığı məlumatlardan istifadə etməməyi tövsiyə edirik. Çünki onların məlumatları yalandır, şayiədir və real vəziyyəti əks etdirmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31