“Biz öz torpaqlarımızın bir qarışında belə vaz keçməyəcəyik”

Bunu Millim Məclisin iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva deyib. Q.Paşayeva Azərbaycan ordusunun son günlərdə böyük nailiyyətlər əldə etdiyini deyib.: "Azərbaycanı heç kim qınaya bilməz. Çünki Azərbaycan öz torpaqlarının azad olunması uğrunda mübarizə aparır. Cəbhədə baş verən hadisələr bird aha göstərdi ki, Azərbaycan xalqı prezidentinin yanındadır". Q.Paşayeva Azərbaycan diasporunu fəal olmağa çağırdı: "Erməni diasporunun yalan məlumatlarını durdurnmaq məqsədilə infomasiya müharibəsində Azərbaycana dəstək verilməlidir. Gənclər də sosial mediada fəal olmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31