Müdafiə Nazirliyi feysbukda rəsmi səhifə yaratdı
5 Aprel 2016 13:26 SiyasətFeysbuk sosial şəbəkəsində Azərbaycan Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:https://www.facebook.com/www.mod.gov.az
Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına feysbuk sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31