“İndi Azərbaycan 90-cı illər səviyyəsində deyil”
5 Aprel 2016 13:17 SiyasətBunu Milli Məclisin iclasında millət vəkili Bahar Muradova deyib. B.Muradova Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərə görə, insanlarda yüksək əhval-ruhiyyənin olduğunu deyib: "Heç kəs cəbhə bölgəsini tərk etməyib. Hamı öz işi gücündədir. Döyüş əməliyyatları sonuncu erməni əsgəri işğal altında olan torpaqlardan çıxanadək davam etməlidir". Bahar Muradova bildirib ki, döyüş əməliyyatlarının video-görüntüləri sosial şəbəkələr və xəbər saytlarında yayılmamalıdır: "Bu məsələlərə diqqət etmək lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31