“Öz əməkhaqqımlın bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəm”

Millim Məclisin iclasında çıxış edən millət vəkili Qüdrət Həsənquliyev belə deyib. Q.Həsənquliyev öz həmkralarına da bu addımı atmağa çağırış edib: "Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb, psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir". Millət vəkili təklif edib ki, Milli Məclis adından müraciət qəbul olunsun: "Əgər erməni anaları əsgərlərin məhv olmasını istəmirlərsə, Sərkisyan hakimiyyətinə yox desinlər. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra danışıqlar baş tuta bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31