Zlatko Laqumciya: “Azərbaycanın ərazi bütövlüyünə müdaxilə regionda mənfi nəticələrə səbəb ola bilər”
5 Aprel 2016 12:04 SiyasətSon günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi təxribatlarla bağlı Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya açıqlama verib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, açıqlamada hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sülhün və ölkənin ərazi bütövülüyünün qorunub saxlanması sülh və ölkəsinin stabilliyinin saxlanmasında maraqlı olan hər bir kəs üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Sabiq baş nazir deyib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin, sülhə müdaxilə regionda sülh və stabillik üçün mənfi nəticələrə səbəb ola bilər. Açıqlamada, həmçinin, vəziyyətin yenidən gərginləşməsinin daha geniş beynəlxalq dəstəyə və münaqişənin sülh vasitəsilə həlli üsullarına ehtiyac olduğunu göstərdiyi nəzərə çatdırılıb: "Hazırkı qeyri-stabil, dəyişən və asılı dünyada başa düşməliyik ki, bizdən uzaqda olan zorakılıq və ədalətsizliklərə biganə yanaşırıqsa, özümüz də ədalətsizlik və zorakılıqlarla qarşılaşanda analoji reaksiya bizə də veriləcək".