Ermənilər Əsgəran və Xankəndini tərk edir - KÜTLƏVİ QARŞIDURMA

Əsgəran rayonunda yaşayan ermənilərlə polis qüvvələri arasında toqquşma baş verib, mülki şəxslər arasında xeyli sayda yaralıların olduğu bildirilir. Məlumata görə, bu barədə məlumatı işğal olunmuş Azərbaycan ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazıb. Məlumatlarda bildirilir ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə yollarla Xankəndinə getmək istəyiblər. Hüquq-mühafizə orqanları isə əhalini rayondan çıxmağa qoymayıb. Nəticədə polislərlə sakinlər arasında şiddətli toqquşma baş verib. O da bildirilir ki, hazırda Xankəndinin giriş-çıxışında da postlar qurulub və camaata rayonu tərk eləməyə icazə verilmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31