MN: Xaricdə yaşayan soydaşlarımızdan döyüşlərə qatılmaq üçün çoxsaylı müraciətlər daxil olur
4 Aprel 2016 18:09 SiyasətAzərbaycandan kənarda yaşayan soydaşlarımızdan son günlər cəbhə xəttində baş verən hadisələrlə əlaqədar döyüşlərə qatılmaq üçün Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son 3 gündə nazirliyə xaricdə yaşayan azərbaycanlılardan çoxsaylı müraciətlər edilir. Soydaşlarımız nazirliyə ünvanladıqları müraciətlərində son günlər cəbhədə baş verən hadisələr zamanı ordumuzun qazandığı uğurlardan sevindiklərini, qürur duyduqlarını və ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan əməliyyatlarda yaxından iştirak etmək arzularını ifadə edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31