Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası bəyanat yayıb
4 Aprel 2016 17:26 SiyasətTürkiyə Azərbaycan Dərnəkləri Federasiyası Ermənistan Silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi son hərbi təxribatı pisləyən bəyanat verib. "OLAYLAR"-ın xəbərinə görıə, bəyanatda Ermənistan Silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində dinc sakinlərin və hərbçilərin şəhid olduğu bildirilib, dünya ictimaiyyətinin bu təxribatlara göz yumması pislənilib. Bəyanatda həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulduğu da qeyd edilib. Regionda sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan dövlətindən fərqli olaraq, Ermənistanın münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə həll olunmasına çalışmaması və beynəlxaq qurumların, xüsusilə ilə də BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə məhəl qoymaması da bəyanatda öz əksini tapıb.