“AĞ Blok”dan təklif
4 Aprel 2016 17:25 Siyasət"AĞ Blok" tərəfindən Azərbaycan hökumətinə təklif göndərilib. Bu barədə məlumatı "OLAYLAR"-a blokun təsisçisi Tural Abbaslı verib: "Təklif edirik ki, 2 aprel 2016-cı ildə işğaılçı erməni ordusundan azad olunmuş bütün adsız yüksəkliklərə həmin döyüşdə qəhrəmanca vuruşaraq şəhid olmuş zabit və əsgərlərimizin adları verilsin. Bu onların adlarının əbədiləşdirilməsi və gələcək nəsillərə nümunə olması baxımından çox mühüm addımdır. Bu addım həm də dövlətin onun uğrunda canından keçmiş insanlara diqqətinin kiçik bir nümünəsi olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31