Hər kəs əmin olsun!
Deputat: “Qüdrətlənən ordumuz hər zaman düşmənə layiqli cavab verəcək”
4 Aprel 2016 15:33 Siyasət"Ölkə Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan ordusu bundan sonra da onları cəzalandıracaq". Bunu deyən millət vəkili Eldəniz Səlimovun sözlərinə görə, Azərbaycan Ordusu öz qüdrətini, yüksək döyüş qabiliyyətini və gücünü bir daha ortaya qoydu, dünyaya nümayiş etdirdi. Millət vəkili deyib ki, bundan sonra da düşmənin, işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumları qətiyyətlə dəf olunacaq və onlara layiq olduqları cavab veriləcək:"İşğalçı erməni hərbi birləşmələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində srağagün gecədən cəbhə xəttində vəziyyət yenidən gərginləşdi. Ancaq Azərbaycan xalqı, Azərbaycanlı Silahlı Qüvvələri, Milli Ordumuz düşmən qarşısında öz gücünü, öz qüdrətini bir daha nümayiş etdirdi. Ordumuz nəinki erməni hərbi birləşmələrinin hücumlarının qarşısını qətiyyətlə dəf etdi, hətta, işğal altındakı iki kəndimizi və bir strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Eyni zamanda, qana susamış yüzdən çox erməni silahlısını məhv etdi, xeyli sayda erməni hərbi texnikasını sıradan çıxardı və bununla bir daha sübut etdi ki, heç kim Azərbaycan Ordusu, Azərbaycan dövləti və xalqı ilə "zarafat" edə, onu qorxuda, öz mövqeyindən geri çəkindirə bilməz. Həmçinin, heç bir qüvvə Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusunun iradəsini, əzmini sındıra, qıra bilməz və buna yönəlik bütün cəhdlər də anındaca məhvə, fiaskoya uğradılacaq". E. Səlimovun eyni zamanda bildirdiyinə görə, Azərbaycan ərazilərinin 20 faizi düşmən tapdağı alıtında olsa da, Azərbaycan dövləti, Azərbaycan xalqı heç zaman bu işğalı qəbul etməyib və etməyəcək də: "Dövlət başçımızın da hər zaman bəyan etdiyi kimi, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyək və bütün siyasi-hərbi vasitələrlə öz torpaqlarını işğaldan azad , ərazi bütövlyünü, sərhədlərinin toxunulmazlığını tam təmin edəcək. Bir sözlə, Ali Baş Komandanımızın rəhbərliyi altından ildən-ilə güclənən, qüdrətlənən Azərbaycan Ordusu dünən olduğu kimi, hər zaman düşmənə layiqli cavabını verəcək. Buna hər kəs əmin olsun".