“Ermənistanda xalq hakimiyyətin sayəsində geriləmiş vəziyyətdədir”- ÖZƏL

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xarici  siyasətinin əsas çağırışıdır. Bu mərhələdə Azərbaycan nə edə bilər? Azərbaycan daha nə təklif edə bilər?

Azərbaycan təkrar olaraq konsensuslar və аlternativlər təklif edib, lakin onların hər biri qulaqardına verilib.Bu fikri açıqlamasında "Tool Shed Group" kompaniyasının rəhbəri, amerikalı ekspert  Jason Katz deyib.
O qeyd edib ki, əgər danışıqlar prosesində partnyor yoxdusa, danışıqlar aparmaq çətindir. Ekspertin fikrincə, Dağlıq Qarabağ Azərbaycanın xarici siyasətində aparıcı rol oynadıqca, bu erməni xalqı üçün zəhər olacaq: "Azərbaycan və  regiondakı digər partnyorları inkişaf etdikcə, öz iqtisadiyyatını şaxələndirdikcə, təhsil Qərb standarlarına uyğunlaşdıqca, iş yerləri artdıqca bu  həmin dövlətlərin vətəndaşlarının daha çox əməkhaqqı almasını mümkün edir". Katz vurğulayıb ki, Ermənistanın iqtisadi, siyasi cəhətdən  təhsil və iş sahəsində iflasa uğrayır: "Bu gün Ermənistanın texnologiyası, energetikası, hərbi, kənd təsərrüfatı, bank və maliyyə sektoru inkişaf etmir, Azərbaycan və regionun qalan hissəsi çiçəklənir". O əlavə edib ki, Ermənistanda xalq rəhbərliyin daha çox daxili güc almaq istəyinin nəticəsi  olaraq öz liderinin əlində geriləyən vəziyyətdədir. Erməni xalqının yaşayışında  heç bir irəliləyiş yoxdur, qonşular isə azad şəkildə inkişaf edir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31