BAK-dan beynəlxalq qurumlara çağırış
4 Aprel 2016 14:06 SiyasətBenilüks Azərbaycanlıları Konqresi Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan bəyanatda bildirilir ki, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində Azərbaycan Ordusunun mövqelerini iriçapli silahlardan, artilleriya ve tanklardan atəşə tutması faktı dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirib. Benilüks Azərbaycanlıları Konqresi kənd və yaşayış obyektlərinin Ermənistan ordusu tərəfindən intensiv atəşə tutulması, məktəb binalarının mərmilərlə dağıdılması, dinc əhalinin həyatlarını itirməsi faktından narahatlıq ifadə edərək bildirir ki, son hadisələrlə əlaqədar dünya ictimaiyyəti Ermənistan dövlətinin həyata keçirdiyi siyasəti qəti şəkildə pisləməldir. BAK son vəziyyətlə bağlı bir çox Avropa təşkilatlarını və Beynəlxalq Qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə, ATƏT və digər qurumları Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğalı aktına göz yummamağa çağırıb. BAK Beynəlxalq qurumları Azərbaycanın haqq işini dəstəkləməyə, ikili standartlara yol verməməyə, BMT qətnamələrinin icrasının həyata keçirilməsinə yardımçı olmağa çağırır.